“Bu gün məktəblərin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi” –

Təhsil naziri
29 Mart 2021 - 20:07

“Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir: “Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir”.