“Bu gün məktəblərin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi” –Təhsil naziri

“Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir: “Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirilib –

Sonrakı məqalə

Türkiyəyə pasportsuz necə getmək olar? –