Bu gün Nümayəndələr Palatasında səsvermə olacaq- Trampa qarşı impiçment ittihamları üzrə

Bu gün impiçment prosesi çərçivəsində ABŞ Nümayəndələr Palatasında Prezident Donald Trampa qarşı irəli sürülən iki ittiham üzrə səsvermə keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin dekabrın 17-də yaydığı müraciətdə bildirilib.

“Dekabrın 18-də Nümayəndələr Palatası Konstitusiya tərəfindən ona verilən ən təntənəli səlahiyyətlərdən birini tətbiq edəcək, Amerika Birləşmiş Ştatlarının Prezidentinə qarşı impiçmentin iki ittihamını təsdiqləmək üçün səsvermə keçirəcəyik”, – deyə N. Pelosi vurğulayıb.

Qeyd edək ki, dekabrın 13-də ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsi D. Trampa qarşı impiçmentin iki ittihamını təsdiqləyib. Demokrat Partiyasının nümayəndələri ABŞ administrasiyasının hazırkı rəhbərini səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqres tərəfindən aparılan istintaqa mane olmaqda ittiham edirlər. 

Dekabrın 17-də isə Nümayəndələr Palatasının Prosedurlar Komitəsi impiçment qərarı ilə bağlı müzakirələr və səsvermə prosesinin qaydalarını təsdiqləyib. Komitədə 9 demokrat qaydaların lehinə, 4 respublikaçı isə əleyhinə səs verib. Qaydalara əsasən, impiçment qərarı 6 saat müzakirə olunacaq və bu vaxt hər iki tərəf – respublikaçılar və demokratlar arasında bərabər bölünəcək. Daha sonra Nümayəndələr Palatasının üzvləri irəli sürülən iki ittiham üzrə individual olaraq səs verəcək. 

Bundan əlavə, Nümayəndələr Palatası Senatın məhkəməsində ittihamçı tərəf kimi çıxış edəcək konqresmenlərin namizədliyini nəzərdən keçirə bilər. Bu isə o halda mümkündür ki, Nümayəndələr Palatasının Hüquq Komitəsi onların namizədliyini irəli sürsün.

Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatası D. Trampa qarşı impiçment prosesinin başladıldığını elan edib. İmpiçment prosedurunun başlamasının səbəbi Demokratların Prezident Trampın 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyini ehtimal etməsidir.

Nümayəndələr Palatası Hüquq Komitəsindəki araşdırma nəticəsində hazırlanan ittiham aktını təsdiq olunarsa, prosedur məhkəməyə göndəriləcək. Bu məhkəməyə isə ABŞ Ali Məhkəməsinin sədri rəhbərlik edəcək. Nümayəndələr Palatası belə bir prosesdə əslində ittiham tərəfi kimi çıxış edir və senatorlar münsif rolunu oynayır. İmpiçmentin elan olunması üçün senatorların ən azı üçdə ikisinin (ən az 67) səsləri tələb olunur. Bu səbəbdən Senatın hazırkı tərkibi ilə impiçmentin lehinə səs vermə ehtimalı faktiki olaraq sıfıra endirilir. Bu ilin əvvəlindən etibarən Respublikaçılar (noyabrda baş tutan aralıq seçkilərinin nəticələrinə görə) Konqresin yuxarı palatasında 100 yerdən 53-nü tutur.

Dövlət başçısının impiçment proseduru əvvəllər ABŞ tarixində üç dəfə baş verib. Bu prezidentlər Endryu Conson (1868-ci ildə), Bill Klinton (1998-1999-cu illərdə) və Riçard Nikson (1974-cü ildə) idi. Conson və Klinton Konqresin yuxarı palatası tərəfindən bəraət alıblar. Nikson isə məhkəmədən əvvəl istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan müxtəlif dinləri bir araya gətirən dövlət kimi dünyanın diqqət mərkəzindədir”

Sonrakı məqalə

Elvin İsayevə ittiham elan olundu