Bu gün futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçiriləcək. Həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşacaq. Atatürk Olimpiya Stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Qarşılaşmanı Halil Umut Mələr idarə edəcək. Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırıb.

AzPost.az