Bu gün “Real Madrid” – “Barselona” oyunu keçiriləcək

12.01.2025 · 11:54 · İdman

Bu gün futbol üzrə İspaniya Superkubokunun qalibi bəlli olacaq.

Həlledici oyunda “Real Madrid” və “Barselona” komandaları qarşılaşacaq. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Madrid klubu 13, Kataloniya təmsilçisi isə 14 dəfə Superkubokun qalibi olub.