Bu gün “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək

Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb.

Bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində keçiriləcək müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.

Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Əvvəlki məqalə

“Veteran pulu” artırılacaqmı?

Sonrakı məqalə

“Pensiyaları vaxtında ödəsək, əhalinin ziyanına olacaq”