Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Yanvarın 10-u saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

TƏBİB-dən əhaliyə qızılca ilə bağlı

Sonrakı məqalə

“Trendyol”dan sifariş verilən məhsullar niyə gecikir?