“Bu günlərdə çox əhəmiyyətli bir iclas keçiriləcək” –Ramiz Mehdiyev

Azərbaycan Milli Elmlər Akademiyasının bu yaxınlarda ümumi iclası keçiriləcək, həmin iclasda Akademiyada islahatlarla bağlı geniş müzakirələr aparılacaq”.

Azpost.info bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev deyib.

Ramiz Mehdiyev bildirib ki, bu, AMEA-nın gələcəyi baxımından çox əhəmiyyətli bir iclas olacaq: “AMEA-nın fəaliyyəti bilavasitə dövlətin siyasəti ilə bağlı olmalıdır. Prezidentin həyata keçirdiyi iqtisadi, sosial siyasət, humanitar məsələlərlə bağlı yürütdüyü xətt gələcəkdə AMEA-nın fəaliyyətində çox geniş yer tutmalıdır. Ümumiyyətlə, AMEA-nın fəaliyyəti Azərbaycan dövlətinin inkişafında öz xidmətini göstərməkdən ibarət olmalıdır”.

Ramiz Mehdiyev qeyd edib ki, AMEA-da hökmən islahatlar aparılacaq: “Güman edirəm ki, bu islahatlar AMEA-nın fəaliyyətinə mühüm töhfə verəcək”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Azərbaycan TV-lərinə müsahibə verdi

Sonrakı məqalə

Bələdiyyə seçkilərində səsvermə başa çatdı –