“Bu hucum olsa, bütün regionu qaranlığa qərq edəcəyik” –Laricani Trampa cavab verdi

İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq.

Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

O, ABŞ Prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə bağlı hədəsinə münasibət bildirib.

Laricani qeyd edib ki, “əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq”.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bunun nəticəsində yaranan qaranlıq “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacaq.

Xatırladaq ki, Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.