“Bu iki baş məşqçi ən yaxşılardır” –

MESSİ
27 Dekabr 2020 - 11:14

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi birgə çalışdığı Xosep Qvardiola ilə Luis Enrike barədə fikirlərini bölüşüb.

Xatırladaq ki, hər iki mütəxəssis ayrı-ayrı vaxtlarda Kataloniya klubuna rəhbərlik ediblər.

“Qvardiola xüsusiliyi ilə seçilir. O, oyunçuya hər şeyə fərqli gözlə baxmağa məcbur edir. Onun komandaları mükəmməl müdafiə olunur və hücuma keçir. Qvardiola və Enrike ilə işlədiyim üçün şanslıyam. Bu iki baş məşqçi ən yaxşılardır. Onlar karyeramda ən yaxşı məşqçilərdir”, – “Sexta” agentliyi argentinalı futbolçunun sözlərini istinadən məlumat verib.