“Rusiyanın planı Kiyevi mühasirəyə alıb onu təhdid etməkdir” – Blinken
Bütün dəlillər Rusiyanın Kiyevi mühasirəyə almaq və onu təhdid etmək niyyətində olduğunu göstərir.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN ABŞ dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb.
Blinken bunun Kremlə Ukrayna hakimiyyətini şantaj etməyə imkan verəcəyini deyib. “Rusiyanın hərəkətləri demokratiya, insan haqları və insan ləyaqətinə təhqirdir. Rusiya aylardır diplomatiyanın arxasında gizlənib Ukraynaya təcavüz etməyəcəyini təkid edirdi. Bu müddət ərzində Kreml bu qanlı hücumu hazırlayırdı. Bu, İkinci dünya müharibəsindən bəri Avropada görülməmiş miqyasda bir hücumdur”, – Blinken bildirib.
O qeyd edib ki, Rusiyanın Ukrayna paytaxtını mühasirəyə almaq və təhdid etmək planları insan hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxaracaq: “Bütün beynəlxalq ictimaiyyət indi Rusiyanın üzərinə götürdüyü öhdəlikləri tamamilə rədd etdiyini açıq şəkildə görür və biz bunu heç vaxt unutmayacağıq”.
Azpost.info