Bu il Azərbaycanda ən çox doğum hansı bölgələrdə qeydə alınıb? –

ADLAR
17 İyul 2020 - 19:30

Bu ilin 6 ayı ərzində Azərbaycanda ən çox doğum qeydə alınan bölgələr açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 6 ayı ərzində doğum daha çox Ədliyyə Nazirliyinin Cəlilabad, Xaçmaz, Lənkəran, Şəmkir və Ağcabədi rayonlarında, habelə Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Bərdə rayonundakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində qeydə alınıb.