Bu küçədə maşın saxlamaq 40 manata bərabərdir- Sürücülərin nəzərinə

cərimə olunacaq
cərimə olunacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11 A ünvanında yerləşən taksi dayanacağı, yol kənarında fəaliyyət göstərən obyekt sahibləri üçün ciddi problemlər yaradır.

AzPost xəbər verir ki, sahibkarlar bildirirlər ki, bu ərazidə “taksi dayanacağı” işarəsi yerləşdirildikdən sonra həmçinin yerdə parklanma xətləri olsa da, onlara və müştərilərə hər gün cərimələr tətbiq edilir.

 

Onların sözlərinə görə, həmin nişan 5 il əvvəl quraşdırılıb, amma bu yer taksi dayanacağı üçün uyğun deyil və burada heç vaxt taksinin dayanmasını görməyiblər. Müştəri gəldikdə isə dərhal 40 manat cərimə tətbiq olunur. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Sahibkarlar əlavə edirlər ki, bu səbəbdən nə sifariş qəbul edə bilirlər, nə də mal satışı həyata keçirə bilirlər.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, sözügedən məsələ ilə bağlı əraziyə baxış keçiriləcək.

Yerdə parklanma xətləri olduğu halda niyə görə yol boyu avtomobili park edənlərə cərimə yazılır?

Məsələ ilə bağlı BŞDYPİ-nin əməkdaşı Rüstəm Əhmədli qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin  346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsinin dayanması və durması qadağandır. Bu kimi qaydaları pozan sürücülərə 40 manat cərimə nəzərdə tutulub. /Milli.Az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.