İnnovasiya və Təchizat Mərkəzi “Azərtibbtəchizat” şirkətindən narkotik vasitə alır.
AzPost Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Mərkəzlə şirkət arasında satınalma müqaviləsi bağlanıb.
Narkotik vasitələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üçün alınır.
Satınalma müqaviləsinin maliyyə dəyəri 52 970,2 manatdır.