Bu ölkədə əsgərlik 75 gün olacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə məcburi hərbi xidmətin 75 gün olacağını bildirib.

Aleksandar Vuçiç Serbiyada məcburi hərbi xidmətin 75 gün olması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ona göndərilən təklifi qəbul etdiyini deyib.

Serbiya Prezidenti ölkəsinin güclü orduya ehtiyac duyduğunu bildirib, hökumətin də bu təklifi qəbul edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Aleksandar Vuçiç bu addımın hər hansı bir ölkəyə hücum etmək məqsədi daşımadığını qeyd edib.

Xatırladaq ki, Serbiya parlamenti 2010-cu ildə məcburi hərbi xidməti ləğv edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.