“Bu qəribə adam məntiqdən uzaq insandır” –

"Qardian" Facebook-un sahibini "anlaşılmaz şəxs" adlandırdı
30 İyul 2021 - 09:44

“Facebook-un əsas problemi onun baş direktoru Mark Sukerberqdir”.

Azpost.info bildirir ki, bu barədə “Qardian” qəzeti yazıb. Qəzet yazır ki, şirkət tez-tez qalmaqalların iştirakçısına çevrilir. Hakimiyyətlər onu dezinformasiya və qazanc dalınca qaçmaqda ittiham edirlər. “Qardian”ın fikrincə, bütün bunların səbəbkarı Facebook-u idarə edə bilməyən Sukerberqdir: “Bu qəribə adamın motivləri anlaşılmazdır və sağlam məntiqdən uzaqdır”-deyə nəşr qeyd edib.