“Bu qırğına yalnız Putin son qoya bilər”- İtaliyanın keçmiş Baş naziri

İtaliyanın keçmiş Baş naziri Mario Draqi “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Ukraynadakı münaqişəyə yalnız Rusiya prezidenti Vladimir Putin son qoya bilər.

Azpost.info xəbər verir ki, o, əvvəllər İtaliya ilə Rusiya arasında mövcud olan sıx əlaqələrə baxmayaraq, Romanın Kiyevə yardım, Moskvaya sanksiya siyasətini həyata keçirdiyini vurğulayıb.

“Mənim hökumətim həmişə sülhə can atıb və mümkün vasitəçiliyi asanlaşdırmağa çalışıb. Lakin bu qırğına yalnız prezident Putin son qoya bilər”, – Draqi deyib.

Azpost.info

Əvvəlki məqalə

Prezident Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşüb

Sonrakı məqalə

Rusiya Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var – FOTO