Yaponiyada gənc bir qız universitetə təyyarə ilə gedir.
Lent.az xarici KİV-ə istinadən gənc qızın dərslərə məhz bu şəkildə getməsinin səbəbini, nə qədər vaxt və pul xərclədiyini təqdim edir.
Tokiodan olan bir qız həm müğənnilik karyerasını, həm də təhsilini birlikdə davam etdirib. Onun əzmkarlığı heyranedicidir – halbuki cəmi 22 yaşı var.
Yudzuki Nakaşima məşhur müğənniyə çevrilib, lakin uşaqlıqdan qəbul olunmağı arzuladığı universiteti tərk etməyib. O, dörd il ərzində hər gün səhər saat beşdə oyanıb, makiyaj edib və Haneda hava limanına gedib ki, Fukuokada yerləşən universitetinə uçsun. Hava limanına çatdıqdan sonra o, ya taksi ilə kampusa gedib, ya da avtobusa minib.
Bir tərəfli yol təxminən iki saat çəkir və qiyməti 105 dollardır. Səfər zamanı tələbə dərslərə hazırlaşırmış.
Qız bu rejimindən yalnız universiteti bitirib diplom aldıqdan sonra danışıb. Onun kurs yoldaşlarından biri deyib: “Mən heç təsəvvür etmirdim ki, məktəbimizdə kimsə bu qədər səylə çalışır. İndi iş tapmaq çətindir, amma Nakashima məni ruhdan düşməyə qoymurdu.
İndi müğənni tam şəkildə yaradıcılıqla məşğul olmaq niyyətindədir. Onun sosial şəbəkələrdə demək olar ki, 100 000 izləyicisi var.
Nakaşima deyib: “Xəyalınızın arxasınca sərf etdiyiniz hər saniyə, həyatınızda ən dəyərli xatirələrdən birinə çevriləcək”.