Bu şəxslər Kino Agentliyində vəzifəyə təyin olundular

Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib.

Hər iki şəxs dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləridir.

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan arasında sərhəd razılaşması bu həftə müzakirəyə çıxarılacaq

Sonrakı məqalə

Prezident və birinci xanım Kəlbəcərdəki Xudavəng monastırında olublar