Bu şəxslər sosial müavinət ala bilməyəcəklər –Qanuna dəyişiklik edilir

Azərbaycanda sosial müavinətlər haqqında qanun dəyişdirilir.

Qanunun 1.0.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, 62 yaşına çatmış qadınlar; 67 yaşına çatmış kişilər; 3 və daha çox uşaq doğub 18 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 18 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar; eləcə də, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər Sosial müavinət ala bilməyəcəklər.

Qeyd edək ki, bu şəxslərə ödənilən müavinətin məbləği 130 manat təşkil edirdi. (Fed.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Buraxılmış parlament yeni seçkiyə qədər fəaliyyət göstərə bilməz” –

Sonrakı məqalə

Dünya KİV-ləri Bakı Sammitindən nələr yazdı…