Bu tərəvəz insan ömrünü 6-8 il uzadır- Xərçəng riskini azaldır

Gündəlik qida rasionunda ən faydalı tərəvəz yerköküdür.

Azpost.info xəbər verir ki, onun tərkibində viruslar və müxtəlif xəstəliklərlə mübarizə aparan bir çox vitamin və element var.

Bu böyük miqdarda provitamin A, həmçinin C, D, E, K, B6 və B1 vitaminləri, üzvi natrium, biotin, kalium, fosfor və maqneziumdur.

Yerkökünün tərkibində beta-karoten adlı kimyəvi birləşmə var. Buna görə də rəndələnmiş yerkökü xərçəng riskini azaltmağın ən yaxşı yoludur.

Tərəvəz nə qədər parlaq olarsa, tərkibində daha çox beta-karoten var deməkdir. Çünki yerkökünün rəngindən məsul olan məhz bu maddədir.

Beta-karoten cinsi hormonların sintezindən və skelet sağlamlığından da məsuldur.

Vitamin A dərinin selikli qişalarına da təsir edir, dişləri, sümükləri, saçları gücləndirir, ağır yüklərdən sonra sinir sisteminin bərpasına kömək edir, orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır.

Bu tərəvəz qan azlığı və vitamin çatışmazlığı üçün faydalıdır. Qida maddələri maddələr mübadiləsini normallaşdırır, zərərli maddələri və toksinləri çıxarır, qanı təmizləyir və bütün daxili orqanların işini yaxşılaşdırmağa kömək edir.

Yerkökü həm də əla antioksidantdır. Amerikalı həkimlərin fikrincə bu tərəvəzin müntəzəm istifadəsi insanın ömrünü 6-8 il uzadır.

Azpost.info

Əvvəlki məqalə

AZƏRBAYCANDA ANIM GÜNÜDÜR

Sonrakı məqalə

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib –