“Rusiya artıq Avropa İttifaqı ilə birgə layihələrə başlamaq niyyətində deyil”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Xüsusi hərbi əməliyyata başlayandan sonra ABŞ və NATO-nun ardınca Brüssel də bizə qarşı mahiyyətcə hibrid müharibə elan etdi. Bu səbəbdən iş artıq adi qaydada aparılmayacaq. Biz bağlı qapını döymək və ya birgə layihələrə başlamaq niyyətində deyilik. Rusiyanın dünyanın başqa yerlərində çoxlu dostları və həmfikirləri var”, – XİN rəhbəri vurğulayıb
Onun sözlərinə görə, Rusiya ilə Aİ arasında münasibətlər hazırda ən aşağı səviyyədədir.
Azpost.info