“Bundan sonra parklanma ilə bağlı cərimələri polis yığacaq” –EKSPERT

“Prezidenin fərmanından sonra şəhərdə parklanma ilə bağlı cərimələri Dövət Yol Polisi yığacaq”.

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı yeni fərmanı Azpost.info-ya şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, bu fərmanda bir sıra yeniliklər öz əksini tapır: “Fərman Bakıda son vaxtlar nəqliyyatla bağlı müşahidə edilən ciddi problemlərin həllinə yönəlib. BŞİH Hacıbala Abutalıbovun dövründə parkalanma işlərini, nəqliyyatın təşkilini həyata keçirib. Amma normal sistem qura bilməyib. İndiki rəhbərliyin işinə də zaman keçəndən sonra qiymət vermək olacaq. Bu qərarda söhbət Bakıda nəqliyyat sisteminin daha keyfiyyətli idarəsindən gedir”.

E.Muradlının sözlərinə görə, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Dövlət Yol Polisinin səlahiyyətlərinə verilib: “Bu isə o deməkdir ki, artıq bundan sonra dayanma-durma ilə bağlı cərimələri də Dövlət Yol Polisi tətbiq edəcək. Fikrimcə, parklanma ilə bağlı vahid bir idarəetmə sisteminin qurulması müsbət təsir göstərə bilər”.

Ekspert deyib ki, Bakı Nəqliyyat Agentliyi isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bir qurum kimi ictimai nəqliyyat, taksi fəaliyyəti, hərəkətin təşkili, təhülkəsizliyi və digər məsələlərlə məşğul olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“AzerGold” büdcəyə 33 milyon manat ödəyib

Sonrakı məqalə

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı açıqlandı