Buraxılış imtahanlarına V sinifdən mart ayına qədərki materiallar salınıb –DİM

“Həm 9, həm də 11 illik bazadan buraxılış imtahanı modeli, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər məsələlər “Abituriyent” jurnalında qeyd edilib”.

Bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.

O qeyd edib ki, buraxılış imtahanlarında V sinifdən mart ayına qədər təlim materiallarından istifadə olunur: “2008-ci ildən fənn kurikulumları tətbiq edilir. Bunun mahiyyəti tədris prosesində təkcə bilik yox, həm də bacarıqların toplanmasını müəyyən etməkdir. Fənn kurikulumlarında alt standartların tələbləri əsas götürülür. Xarici dil fənni üzrə əsas bacarıqlar IX sinifdən formalaşmağa başlayır. XI sinifdə əsas fənlər üzrə bacarıqlar isə I yarımildə formalaşır. Məsələn, bu il buraxılış imtahanları martda olacaq, amma bu şagirdlərdə artıq əsas riyazi bacarıqlar formalaşıb. Onlar bir müddət əvvəl IX sinif buraxılış imtahanı verib, amma pandemiya ilə əlaqədar bu imtahanları rahat şəkildə keçirmək, alt standartların tam yoxlanılması mümkün olmadı. Ona görə bu imtahanda V sinifdən XI sinfə qədər alt standartlar yoxlanacaq. Deyirlər, tapşırıqlar çətin olacaq, hazırlıq səviyyəsini yoxlamaq üçün sadə, orta və çətin tapşırıqlar olur. Buraxılış imtahanı attestat imtahanları deyil. Attestat yekunda məktəbdaxili qiymətləndirmə əsasında yazılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Ukrayna Prezidentinə zəng edib

Sonrakı məqalə

Buraxılış imtahanları bir mərhələdə keçiriləcək