“Bütün ABŞ düşmənləri qorxu içində qaçır” –Tramp

ABŞ-a heç kəs müqavimət göstərmək gücündə deyil.

Bunu ABŞ prezidenti Donald Tramp Veteranlar günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

D.Tramp yaxınlarda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyatı nümunə gətirərək deyib: “Bizə qarşı çıxış edənlərin ABŞ ordusunun ədalətli gücünə qarşı şansı yoxdur, bir neçə həftə əvvəl ABŞ xüsusi təyinatlıları terrorçuların sığınacağına daxil olub və dünyada bir nömrəli terrorçunu, onun müavinini öldürüblər və biz onların komandanlıq sistemindəki üçüncü şəxsi hədəfə almışıq. Onların terrora əsaslanan hakimiyyəti sona çatıb və bütün düşmənlərimiz qorxu içində qaçır”.

ABŞ prezidentinin sözlərinə görə, amerikalıların yüksək döyüş ruhu “tiranları, faşizmi, kommunizmi məğlub etməyə və terrorizmə qarşı çıxmağa kömək edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədən qaçan sabiq prezident Meksikaya sığındı –

Sonrakı məqalə

Sabirabadda qoyun oğurları tutuldu