14-15 iyun 2025-ci il tarixlərində M.İbrahimov adına stadionda Bakı Şəhər Gənclər və İdman İdarəsi və “Cənub” Futbol Klubunun birgə təşkilatçılığı ilə 2016-2017-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş mini futbol üzrə Xəzər rayon turniri keçirildi. AzPost bildirir ki, maraqlı mübarizə şəraitində keçən turnirin sonunda qaliblər aşağıdakı kimi müəyyənləşdi: 1-ci yer: “Ramana” Fk; 2-ci yer: “Cənub” Fk; 3-cü yer: “Real leon” Fk. Qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr, dipom, medal və kuboklar təqdim olundu. [gallery type="slider" link="file" columns="1" size="full" ids="327763,327765,327766,327767,327768,327769"] AzPost.az