Cənubi Koreyada təyyarə qəzasının ilkin versiyaları açıqlanıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, əsas versiyalar arasında quşlarla toqquşma, mühərrikdə, şassidə, əyləc sistemində nasazlıqlar, həmçinin fövqəladə hallarda uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmaması var. Qeyd edək ki, Cənubi Koreyada sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 179 nəfərin hamısı həlak olub. Baş verən hadisə ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub.