Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin (başqasına məxsus) sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.
https://www.youtube.com/watch?v=RAR4Cdc6GGI