Cəlilabadda məktəbli çayda boğularaq ölüb

03 İyun 2020 - 09:41

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

Hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi,  2004-cü il təvəllüdlü  İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ. Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.