Cənubi Koreya Milli Assambleyasının spikeri Azərbaycana gəlir

08 Oktyabr 2019 - 20:38

Cənubi Koreya Milli Assambleyasının spikeri Hee sang-Muun gələn həftə Azərbaycana gələcək.

Bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Səfər Milli Məclisin sədri Oktay Əsədovun dəvəti ilə baş tutacaq.