Cənubi Koreya polisi ölkə prezidenti Yun Sok Yeolun ofisində, eləcə də polis idarələrində axtarışlar aparıb.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri dövlət başçısının hərbi vəziyyət tətbiq etməsindən sonra açılan işin istintaqı ilə bağlıdır.
Axtarış zamanı prezident ofisdə olmayıb. 18 hüquq-mühafizə orqanı əməkdaşı Yun Sok Yeolun iş yerində dekabrın 3-də hərbi vəziyyətin tətbiqi ilə bağlı materiallar, xüsusən də həmin gün dövlət başçısının Nazirlər Kabineti ilə görüşündən olan yazılar üçün axtarış aparıb.
Azpost.info