“Moskva İrəvanın tərəfdaşı olaraq qalır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılmasında, hətta Ermənistanın məğlubiyyətinin qarşısının alınmasında Rusiya tərəfinin də ciddi xidməti olub.
“Rusiya tərəfi daha çətin vəziyyətin, hətta demək olar ki, Ermənistanın məğlubiyyətinin qarşısını alır. Biz humanitar məsələlərə daim diqqət yetirmişik. Moskva əvvəllər hərbi əsirlərin və məhbusların mübadiləsində, itkin düşənlərin axtarışında, minalanmış ərazilərin xəritələrinin köçürülməsində fəal yardım göstərib. Rusiya Cənubi Qafqazda sülh və sabitliyin əldə olunmasına yönələn səyləri davam etdirməyə hazırdır”, – Zaxarova bildirib.
Azpost.info