“Cərimələr niyə artırılır, vətəndaş nə etsin?” –Deputatdan etiraz

“Bakıda 1 milyona qədər avtomobil var, ancaq şəhərdə parklanma yerlərinin sayı 20-30 min arasındadır. Bəs vətəndaş avtomobilini harada saxlasın? Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”

Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

Bu sahədə cərimələrin artırılmasının yolverilməz olduğunu vurğulayan F. Mustafa deyib ki, Bakıdan Şamaxıya qədər yollar sarı xətdir: “İndi necə edək, Bakıdan Şamaxıya qədər yolda avtomobili saxlamayaq? Cərimələrin artırılması ilə pis vəziyyətdə qalan vətəndaş olacaq. Azərbaycanda alternativ tramvay, trolleybus xətləri var? Burada siyasət dəyişməli və tamamilə yeni baxış ortaya qoyulmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Parlamentə velosipedlə gələcəyəm” –

Sonrakı məqalə

“İqtidarla dialoq yoxdur, təmaslar var” –