“Cəbiş müəllim” yeganə övladını “detdom”a atıb –Xalq artistinin nəvəsi sirləri açdı (FOTO)

 “Bizim Cəbiş müəllim” müəllim filmində yaratdığı Cəbiş müəllim obrazı ilə yaddaşlara həkk olan aktyor Süleyman Ələskərov yeganə övladını uşaq evinə atıb.

Azpost.info Baku.ws-ə istinadən xəbər verir ki, bu sirri xalq artistinin nəvəsi açıb.

Xalq artistinin doğma qızı Humayın qızı Nisəxanım “BizimləSən” proqramında bildirib ki, babası S.Ələskərov onun anasını Göygöl rayonundakı Uşaq evinə atıb.

“Babam anamı “detdom”a verib. O, pis adam olmayıb, onu buna məcbur ediblər. Daha sonra evləndiyi xanımın atası ilə anası, yəni babamın qayınatası ilə qayınanası anamı oradan götürüb saxlayırlar. Aktyorun doğma qızı kimi tanıdığımız Sevil xanım övladlığa götürülüb. Aktyorun ikinci həyat yoldaşının bacısının qızıdır, yəni baldızı qızıdır”, – Nisəxanım deyib.

Aktyorun nəvəsi doğma nənəsini axtarmaq üçün proqrama müraciət edib.

Xatırladaq ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. 63 il Gənc Tamaşaçılar Teatrında çalışıb. 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən sonra ölkədə övladlığa götürməyə bu Nazirlik icazə verəcək

Sonrakı məqalə

Fuad Qəhrəmanlı saxlanılıb