Cəbrayılda xidmət edən hərbçilərə qida məhsulları, gigiyena vasitələrindən ibarət bağlamalar çatdırılıb –FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.

Aksiya çərçivəsində bu gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində hərbi xidmətinin davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırılıb.

Hərbi hissədə xidmət edənlərin əksəriyyəti Füzulidən Şuşaya qədər döyüşlərdə iştirak edən hərbçilərdir. Onların arasında könüllülər də var.

“Bravo”nun əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların istəklərini qeydə alıblar.

Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə Qarabağa 60 hərbçi göndərib, xidmət müddətini Rusiya ilə müzakirə edəcəyik” –

Sonrakı məqalə

Ölkədə 2284 yeni yoluxma faktı qeydə alınıb –