Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabad rayonunda itkin düşən gənc qız tapılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyevanın Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərzisində olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ilin noyabr ayının 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bakı Taksi Xidməti” özəlləşdirilə bilər

Sonrakı məqalə