Cəlilabadın sabiq icra başçısının məhkəməsi başlanır –Bu gün

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

“Report” xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnsanın ruhu harada yerləşir? –

Sonrakı məqalə

Yanvarın 11-də Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək