“Cəmil Həsənli ilə bağlı təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib” –Pənah Hüseyn

“Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Admnistrasiyasına və digər aidiyyətli dövlət qurumlarına  professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, “video”cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb”.

Azpost.info bildirir ki, bu barədə Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, müraciətə cavab verilib: “Müraciətə cavab olaraq bildirilib ki, “bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən  müxalifət iqtidar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq  kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyədə tapşırıq verilib və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Tacikstanda keçirilən Nazirlər Konfransında çıxış etdi –

Sonrakı məqalə

Prezident İlham Əliyev Bakıda DOST mərkəzinin açılışında iştirak edib –