Cənub Hərbi Dairəsinin komandan köməkçisinin avtomobili yandırılıb

rostov yanqin

Rostovda Cənub Hərbi Dairəsinin qoşun komandanın köməkçisinin avtomobili yandırılıb.

Azpost bildirir ki, hərbçinin ailəsinə heç bir zərər dəyməyib. Yanğın törədənlər axtarılır.

SHOT-un məlumatına görə, ötən gecə Taqanroqskaya küçəsində mavi rəngli Peugeot 206 yanıb. Avtomobilin özünə ciddi ziyan dəyib. Əsas versiya yandırmadır.

Məlumata görə, bu avtomobil Rusiya Silahlı Qüvvələrinin polkovniki – Cənub Hərbi Dairəsi komandanının köməkçisinin ailəsinə məxsusdur.

Polis yanğın törədənləri axtarır.