Cənubi Osetiya Rusiyaya birləşmək üçün müraciət hazırlayır 

cenubi osetiya

Cənubi Osetiya yaxın zamanda Rusiyaya birləşmək üçün müvafiq hüquqi addımlar atacaq. 

Azpost.info bildirir ki, bu barədə bölgənin “prezidenti” Anatoli Bibilov müraciətində deyib.

“Hesab edirəm ki, Rusiya ilə birləşmə bizim strateji hədəfimizdir.  Biz bu yolla gedəcəyik. Biz yaxın zamanda müvafiq hüquqi addımlar atacağıq. Cənubi Osetiya Rusiyanın tərkib hissəsi olacaq”, – Hakim “Vahid Rusiya”nın mətbuat xidməti Bibilova istinadən yaydığı məlumatda deyilir.

Cənubi Osetiya Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edib.

Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən Gürcüstan ərazisi kimi tanınır.