Cənubi Koreyanın keçmiş birinci xanımına 7 il həbs cəzası verildi

Seul məhkəməsi keçmiş birinci xanım Kim Kon Hini iş təyinatları və işgüzar yardım müqabilində bahalı hədiyyələr aldığına görə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xüsusi prokuror keçmiş birinci xanımın dəfələrlə rəsmi mövqeyindən şəxsi fəaliyyəti üçün sui-istifadə etdiyini iddia edərək, ona 7 il yarım həbs cəzası tələb edib. Məhkəmə sabiq Prezident Yun Sok Yolun həyat yoldaşını vasitəçilik üçün rüşvət almaqda təqsirli bilib.

Seul məhkəməsi ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam üzrə cinayət işi ilə əlaqədar Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yolu təqsirli bilərək, onu ömürlük azadlıqdan məhrum edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.