“Qərb MDB-ni dağıtmağa cəhd edir” –

17.10.2025 · 11:00 · Dünya

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəzi Qərb ölkələrinin MDB-də dezinteqrasiya proseslərini təhrik etmək cəhdlərini qeydə alır.

APA xəbər verir ki, bunu SVR-in direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür.

“Son vaxtlar biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə, Avropa ölkələrinin MDB daxilində dezinteqrasiya proseslərini təhrik etmək cəhdləri tendensiyasını müşahidə edirik. Bu baxımdan əlbəttə ki, Qərb siyasətçiləri Müstəqil Dövlətlər Birliyinin müstəqil güc mərkəzi kimi inkişafını əngəlləmək məqsədi güdürlər”, – SVR rəhbəri vurğulayıb.

Narışkin qeyd edib ki, Avropada fəaliyyət göstərən “müharibə partiyası” qitədə sülh və təhlükəsizlik istəmir.

O, Qərbin Rusiyaya strateji məğlubiyyət vermək kimi “ağılsız” xəyalından əl çəkmədiyini söyləyib.

AzPost.az

“Ruslar döyüş meydanına üstünlük verir” –

17.10.2025 · 10:30 · Dünya

“Ruslar və ukraynalılar razılaşma səviyyəsinyə çatmayıblar“.

AzPost bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens Newsmax-a müsahibəsində deyib.

Vens qeyd edib ki, son nəticədə bu saziş qaçılmazdır: “ABŞ prezidentinin güclü diplomatiyası insanlara cəsarət toplamağa nə qədər kömək etsə də, son nəticədə Rusiya və Ukrayna razılaşmaya hazır olmalıdır. Hal-hazırda, gördüyümüz  bütün işlərimizə baxmayaraq, ruslar və ukraynalılar sadəcə olaraq razılaşa biləcəkləri səviyyəyə çatmayıblar”.

Vitse-prezident gözləntilərdə əsaslı uyğunsuzluq olduğunu etiraf edib: “Ruslar hesab edir ki, döyüş meydanında daha yaxşı hərəkət edirlər. Bu, razılığın əldə olunmasını çətinləşdirib”.

 

AzPost.az

Avropa Rusiya əleyihnə “müdafiə qalxanı” qurur –

17.10.2025 · 10:20 · Dünya

Avropa İttifaqı özünü Rusiyadan müdafiə etməyə hazırlaşır və onun planları getdikcə daha konkret forma alır.

AzPost bildirir ki, oktyabrın 16-da Avropa Komissiyası müdafiə qabiliyyətinə dair “yol xəritəsi”ni təsdiqləyib. Onun yaxın məqsədi 2025-ci ilin sonuna kimi dondurulmuş Rusiyanın aktivlərindən istifadə etməklə Ukrayna üçün reparasiya kreditinin həyata keçirilməsidir.

Bu barədə Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə keçirilən brifinqdə bildirib. Andrius Kubilius bunu  “böyük partlayış” adlandırıb.

Avropalılar 2035-ci ilə qədər 6,8 trilyon avro sərmayə qoymaq niyyətindədirlər ki, bunun da yarısı real müdafiəyə yönəldiləcək. Ukrayna bu planın əsas hissəsidir.

Yol xəritəsinə nə daxildir?

– Yaxın məqsəd 2025-ci ilin sonuna kimi dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukrayna üçün reparasiya kreditinin həyata keçirilməsidir. Kreditin ümumi məbləği 140 milyard avrodur. Ola bilsin ki, oktyabrın 23-24-də keçiriləcək Aİ sammitində bu barədə siyasi qərar verilsin.

– 2027-ci ilin sonuna kimi Aİ yeni dron əleyhinə sistemini tam şəkildə işə salmaq niyyətindədir. Xüsusilə, hərbi hissələr, elmi-tədqiqat təşkilatları və müdafiə istehsalı arasında sıx əməkdaşlıq təcrübəsinin öyrənilməsi və sürətli innovasiya dövrünün təmin edilməsi məqsədi ilə bu təşəbbüsün Ukrayna ilə birgə həyata keçirilməsi təklif edilir.

– Kiyevlə birlikdə Brüssel daha bir flaqman proqramı hazırlamağı planlaşdırır. NATO-nun Şərq Cinahında Nəzarət Layihəsi (ESAP) planlaşdırılır. Hədəf tarix 2028-ci ildir. Layihə dron əleyhinə sistemləri, hava hücumundan müdafiə, quru və dəniz müdafiəsi və sərhəd nəzarətini birləşdirəcək.

– Plana həmçinin daha iki  layihə daxildir: hava hücumundan müdafiə qalxanının yaradılması və kosmik müdafiənin gücləndirilməsi.

“Yol xəritəsi” Aİ-yə üzv dövlətləri qarşıdakı aylarda öz müdafiələri üçün koalisiyalar yaratmağa çağırır. Birgə inkişaf və satınalma, Avropa Komissiyasının fikrincə, müdafiə qabiliyyətindəki kritik boşluqların daha sürətli və effektiv şəkildə aradan qaldırılmasına imkan verəcək.

AzPost.az

“Tomaqavk” raketləri Putini sevindirməyib” –

17.10.2025 · 10:10 · Dünya

“ABŞ-ın özünün uzaqmənzilli “Tomaqavk” raketlərinə ehtiyacı var“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti ilə iki saatlıq telefon danışığından sonra Ağ Evdə keçirilən mətbuat konfransında Tramp deyib: “Bizə ABŞ üçün də Tomaqavk lazımdır. Onların çoxu var, amma onlara ehtiyacımız var. Yəni, biz ölkəmizi boş qoya bilmərik”.

Tramp daha əvvəl təklif etmişdi ki, Rusiya sülh yolu ilə nizamlanmadan imtina edərsə, Vaşinqton “Tomaqavk” raketlərini Ukraynaya ötürə bilər.
Amerika prezidentinin sözlərinə görə, Ukraynanı uzaqmənzilli “Tomaqavk” raketləri ilə təchiz etmək perspektivi Putini sevindirməyib.
ABŞ prezidenti həmçinin bəyan edib ki, indi Rusiyadan neft və qaz alan ölkələrə qarşı sanksiyaların tətbiqi üçün ən yaxşı vaxt deyil. Tramp əvvəllər bu ölkələri Rusiyadan enerji almaqla Ukraynadakı “müharibəsi maliyyələşdirməkdə” ittiham edib.

Mətbuat konfransında Ağ Evin rəhbəri Rusiyanın Ukraynaya qarşı müharibəsinin qlobal münaqişəyə çevrilməsinə imkan verməyəcəyinə əmin edib. “Düşünürəm ki, bu, Üçüncü Dünya Müharibəsinə səbəb ola bilərdi. Amma bu, baş verməyəcək”, – Tramp bildirib.

O əlavə edib ki, Putinlə Budapeştdə görüşü yəqin ki, iki həftə ərzində baş tutacaq. Zelenski ilə görüş oktyabrın 17-nə planlaşdırılıb.

AzPost.az