95 yaşlı Koreya müharibəsi veteranı 42 il həbsdən sonra Şimali Koreyaya qayıtmaq istəyir

17.10.2025 · 09:00 · Dünya

95 yaşlı Koreya müharibəsi veteranı və keçmiş Şimali Koreya kəşfiyyatçısı An Hak Sop doğma vətəninə — KXDR-ə qayıtmaq arzusundadır.

AzPost xəbər verir ki, o, 42 il Cənubi Koreya həbsxanasında cəza çəkdikdən sonra azadlığa çıxıb və son günlərdə keçirdiyi xəstəxana müalicəsindən sonra vətən torpağında ömrünün sonunu qarşılamaq istədiyini bəyan edib.

The Korea Times nəşrinin məlumatına görə, An Hak Sop 1953-cü ildə casusluqda ittiham olunaraq ömürlük həbs cəzası alıb. Koreya müharibəsində iştirak edən veteran uzun illər həbsxana şəraitində yaşasa da, ölkəsinə olan bağlılığını itirməyib. O, azadlığa çıxdıqdan sonra dəfələrlə KXDR-ə dönmək üçün müraciətlər etsə də, iki ölkə arasındakı diplomatik gərginlik bu arzunun reallaşmasına mane olub.

Rəsmi Seul Şimali Koreya ilə əlaqə qurmaqda çətinlik çəkir, çünki Pxenyan bütün repatriasiya cəhdlərini rədd edir. Buna baxmayaraq, 95 yaşlı veteran inadından dönmür. Avqust ayında o, sərhədi təkbaşına keçmək cəhdi göstərsə də, sərhədçilər tərəfindən saxlanılıb.

Seulda keçirilən mətbuat konfransında An Hak Sop yeni planını açıqlayıb. O, bu dəfə üçüncü ölkələr — Çin və Rusiya üzərindən KXDR-ə keçməyi düşünür. Yaşlı veteranın tərəfdarları bu riskli səfərin maliyyə dəstəyini üzərlərinə götürməyə hazır olduqlarını bildiriblər.

Lakin vəziyyəti daha da çətinləşdirən amil KXDR lideri Kim Çen Inın 22 sentyabrda verdiyi bəyanat olub. O, Cənubi Koreya ilə istənilən dialoqu qəti şəkildə istisna edib.

AzPost.az

Almaniya Rusiyaya məxsus 720 milyon avronu müsadirə etmək istəyir

17.10.2025 · 08:00 · Dünya
Almaniya

Almaniyanın Frankfurtdakı ali torpaq məhkəməsi Rusiyaya məxsus dondurulmuş aktivlərdən 720 milyon avronun müsadirə edilməsini planlaşdırır. Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

AzPost xəbər verir ki, DPA-nın məlumatına görə, məhkəmə qərarı Avropa İttifaqının 2022-ci ildə tətbiq etdiyi sanksiyalar çərçivəsində qəbul ediləcək. Bildirilir ki, bu vəsaitlər dövlət büdcəsinə yönəldiləcək və federal prokurorluğun sorğusu əsasında xüsusi icraat başlanılıb.

Mənbənin sözlərinə görə, sözügedən bankın adı açıqlanmasa da, o, Avropa İttifaqının iyun 2022-də qəbul etdiyi sanksiya siyahısına daxil edilib. Həmin vaxtdan etibarən maliyyə qurumunun Avropadakı bütün vəsaitləri dondurulub.

DPA həmçinin qeyd edib ki, sanksiyalar tətbiq olunduqdan qısa müddət sonra bankla əlaqəli bəzi şəxslər vəsaitlərin bir qismini ölkədən çıxarmağa cəhd göstəriblər. Lakin bu əməliyyat dərhal dayandırılıb və Almaniyada dondurulmuş aktivlərdən qanunsuz istifadə cəhdinə görə istintaq işi açılıb.

AzPost.az

İranın Təhlükəsizlik Şurasının katibi Moskvaya gəldi –

16.10.2025 · 22:45 · Dünya

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu gün Rusiyaya rəsmi səfərə gəlib.

AzPost bildirir ki, bu barədə Laricani paylaşımında məlumat verib.

O, prezident Vladimir Putinlə görüşərək ikitərəfli məsələləri, o cümlədən iqtisadi, regional və beynəlxalq əməkdaşlığı müzakirə edib.

“Bu səhər Ali Milli Təhlükəsizlik Şurasının katibi doktor Laricani Rusiyaya səfər edib . Laricani Putinə İslam İnqilabının Ali Rəhbərinin müraciətini çatdırıb. İkitərəfli məsələləri, o cümlədən iqtisadi, regional və beynəlxalq əməkdaşlığı müzakirə edib”, – deyə Laricani öz Telegram kanalında yazıb.

Putin Əli Laricani ilə sonuncu dəfə bu ilin iyulunda Moskvada görüşüb. Həmin vaxt Təhlükəsizlik Şurasının katibi İran rəhbərliyinin Yaxın Şərqdə gərginləşən vəziyyət, eləcə də İranın nüvə proqramı ilə bağlı qiymətləndirmələrini çatdırıb. Kremlin mətbuat xidməti Rusiya tərəfinin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı mövqeyini ifadə etdiyini bildirib.

AzPost.az

Pasiyentin qarnından 20 kiloqramlıq şiş çıxarıldı

16.10.2025 · 22:24 · Dünya

Moskva vilayətində yaşayan qadının qarnından 20 kiloqram ağırlığında nəhəng şiş çıxarılıb. AzPost.az xəbər verir ki, əməliyyat Korolyov şəhər xəstəxanasında onkoloqlar tərəfindən uğurla həyata keçirilib.

Moskva vilayəti Səhiyyə Nazirliyinin məlumatına görə, 46 yaşlı qadın həkimlərə qarın boşluğunun sürətlə böyüməsi və ciddi halsızlıqdan şikayətlənərək müraciət edib. Müayinə zamanı qadının qarın və çanaq nahiyəsində nəhəng ölçülü şiş aşkarlanıb. Onkoloqlar vəziyyəti qiymətləndirərək, xəstəni təcili əməliyyata götürmək qərarına gəliblər.

Əməliyyat zamanı həkimlər şişin həqiqətən də bədxassəli olduğunu müəyyən ediblər. Buna baxmayaraq, cərrahi müdaxilə uğurla həyata keçirilib və şiş tam şəkildə çıxarılıb. Məlumata görə, çıxarılan toxumanın çəkisi 20 kiloqramdan çox olub.

Əməliyyatda yüksək ixtisaslı onkoginekoloqlar və anestezioloqlar iştirak edib. Həkimlərin bildirdiyinə görə, bu ölçüdə şişlə qarşılaşmaq çox nadir hal sayılır və belə vəziyyətlər ciddi fəsadlara — ağciyər arteriyasının tromboemboliyasına, orqanizmin intoksikasiyasına və çoxsaylı orqan çatışmazlığına gətirib çıxara bilərdi.

Xəstənin əməliyyatdan sonrakı dövrü uğurla keçib və o, hazırda onkoloji nəzarətdədir. Həkimlər bildiriblər ki, vaxtında müraciət edilməsəydi, vəziyyət ölümcül nəticə ilə bitə bilərdi.

Mütəxəssislər qadınlara vaxtaşırı tibbi müayinə olunmağı tövsiyə edir, çünki belə şişlər ilkin mərhələdə özünü az büruzə verir və uzun müddət simptom göstərməyə bilər.