Trampdan Putinlə danışığı barədə bəyanat –

16.10.2025 · 21:31 · Dünya

ABŞ prezidenti Tramp Rusiyalı həmkarı Putinlə iki saatlıq telefon danışığından sonra Truth Social-da bəyanatını yayıb.

AzPost bəyanatın mətnini təqdim edir:

“Mən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını indicə bitirdim. Çox məhsuldar oldu. Prezident Putin məni və ABŞ-ı böyük nailiyyət – Yaxın Şərqdə sülhün bərqərar olması münasibətilə təbrik etdi. Onun qeyd etdiyi kimi, bu, əsrlər boyu bir arzu idi”.

Mən həqiqətən inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarda bizə kömək edəcək. Prezident Putin birinci xanım Melaniyaya uşaqlarla bağlı layihələrdə iştirakına görə təşəkkür edib. O, böyük minnətdarlığını bildirib və bu işlərin davam etdiriləcəyini bildirib.

Biz Ukrayna ilə müharibə başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında ticarət məsələlərinə də böyük diqqət ayırdıq. Söhbətimizdən sonra gələn həftə yüksək səviyyəli nümayəndə heyətinin görüşünə razılaşdıq. ABŞ tərəfində ilkin görüşlərə təyin olunacaq digər nümayəndələrlə birlikdə dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Hələ ki, görüşün yeri müəyyənləşdirilir.

Prezident Putin və mən daha sonra razılaşdırılmış yerdə – Budapeştdə, Macarıstanda görüşəcəyik, Rusiya və Ukrayna arasındakı bu biabırçı müharibəyə son qoymağa çalışacağıq.

Sabah mən prezident Zelenski ilə Oval kabinetdə görüşəcəyəm. Oorada prezident Putinlə söhbətimi və bir çox başqa məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, bugünkü telefon danışığı irəliyə doğru atılmış böyük bir addım idi”.

AzPost.az

Putin və Tramp tezliklə Macarıstanda görüşəcək –

16.10.2025 · 21:24 · Dünya

Putin və Tramp tezliklə Macarıstanda görüşəcək.

AzPost-un məlumatına görə, bu barədə ABŞ prezidenti Putinlə telefon danışığından sonra bildirib.

Tramp bəyan edib ki, o, Putinə Ukrayna münaqişəsinin bitməsindən sonra Rusiya-Amerika ticarətini müzakirə edib.

“Putin məni böyük nailiyyət – Yaxın Şərqdə sülh münasibətilə təbrik etdi”, – Tramp bildirib.

AzPost.az

Suriya rəhbəri Moskvada Putindən Bəşər Əsədi istəyib –

16.10.2025 · 21:18 · Dünya

Oktyabrın 15-də Moskvaya səfərə gəlmiş Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Rusiya prezidenti Vladimir Putini əmin edib ki, Suriyanın əvvəlki rejiminin əldə etdiyi bütün razılaşmalara hörmətlə yanaşacaq. Bu o deməkdir ki, o, rus qoşunlarının Tartus və Xmeymimdəki bazalarını tərk etməsini tələb etməyəcək.  Bunlar Rusiyanın Yaxın Şərqdəki mövcudluğunun əsas nöqtələri və Afrikadakı əməliyyatları üçün logistika mərkəzləridir.

AzPost bildirir ki, Reuters-in mənbələrinin məlumatına görə, Əl-Şaraa devrildikdən sonra Rusiyada sığınacaq alan Suriya prezidenti  Bəşər Əsədin ekstradisiyasını istəyib.

2025-ci ilin sentyabrında Suriyada onun barəsində həbs qərarı verilib.

Rusiya Əsədin əsas müttəfiqi olub və 2011-ci ildən davam edən Suriya vətəndaş müharibəsi zamanı ona hakimiyyətdə qaalmağa kömək edib. Diktator devriləndə Rusiya ona siyasi fəaliyyətdən imtina etmək şərti ilə sığınacaq verib.

Bəşər Əsədin həyat yoldaşı Əsma onunla birlikdə Moskvaya köçüb. Onların böyük oğlu Hafiz Moskva Dövlət Universitetində oxuyurdu. Atası hakimiyyətdən uzaqlaşdırılmamışdan bir müddət əvvəl o, riyaziyyat üzrə namizədlik dissertasiyasını müdafiə edib. Əsədlərin digər iki övladı – qızı Zein və oğlu Kərim də Moskvadadır.

Əsəd ailəsinin Moskva şəhərində 18 mənzili var. Onlar Suriyadan ən azı 250 milyon dollar nağd pul çıxararaq Rusiya banklarına yatırıblar.

Keçmiş diktatorun kiçik qardaşı Mahir Əsəd də Moskvada yaşayır. O, əvvəllər Suriya ordusunun elit bölməsi olan Suriya Ərəb Ordusunun 4-cü Zirehli Diviziyasına komandanlıq edib. Mahir Əsəd həm də Yaxın Şərqdə yayılmış sintetik narkotik olan Captagon-u istehsal edən və alqı-satqı ilə məşğul olan dövlət narkotik kartelinin faktiki rəhbəri idi.

“Die Zeit” yazır ki, Mahir Əsəd isə “Four Seasons” otelində (keçmiş “Moskva” oteli) yaşayır və orada qəlyan çəkir.

“Die Zeit” hazırda Avropada yaşayan adı açıqlanmayan keçmiş yüksək rütbəli suriyalı hərbçiyə istinadən yazır ki, Əsəd rejiminin devrilməsindən sonra təxminən 1200 keçmiş suriyalı zabit Rusiyaya gedib.

The New York Times onlardan bəzilərini müəyyənləşdirə bilib. Əsədin Baş Qərargah rəisi və müdafiə naziri Əli Əyyub Moskvada yaşayır. O, vətəndaş müharibəsi zamanı Suriya Ərəb Ordusuna rəhbərlik edib. O, şəhərlərin atəşə tutulmasına və qadağan olunmuş silahların, o cümlədən kimyəvi silahların istifadəsinə görə məsuliyyət daşıyır.

Moskvada həmçinin Suriya Ərəb Ordusunun keçmiş baş komandan müavini və daha sonra müdafiə naziri olmuş Əli Abbas da var. Əsəd rejimi dövründə hərbi kəşfiyyatın sonuncu rəhbəri, digər işlərlə yanaşı, Sednaya işgəncə həbsxanasına da nəzarət edən Kamal əl-Həssan da oradadır.

Suriya kəşfiyyat xidmətlərinin işini koordinasiya edən Əsədin Baas Partiyasının strukturu olan Milli Təhlükəsizlik Bürosunun ən azı iki keçmiş rəhbəri də Rusiyada yaşayır. Onlar Əli Məmlük və Kifa Məlhəmdir. Bu təşkilatın digər keçmiş rəhbəri Məhəmməd Zeytun da Suriyadan qaçıb, lakin onun hazırda harada olduğu bilinmir.

Hazırda Moskvada yaşayan başqa bir şəxs Süheyl əl-Həsəndir. O, Əsədin xüsusi təyinatlı qüvvələrinə komandanlıq edib, vətəndaş müharibəsi zamanı İdlib və Hələb əyalətlərində əməliyyatlara başçılıq edib, kimyəvi silahdan istifadə, şəhərlərin atəşə tutulması və qırğınlar barədə göstəriş verib. The New York Times qeyd edir ki, o, öz hərəkətlərini bölgədəki Rusiya qüvvələri ilə ciddi şəkildə əlaqələndirirdi.

AzPost.az

Tramp və Putin arasında telefon danışığı başa çatdı

16.10.2025 · 21:11 · Dünya

ABŞ və Rusiya liderləri arasında telefon danışığı başa çatıb.

AzPost bildirir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Danışığın detalları hələ açıqlanmayıb.

Tramp və Putin arasında telefon danışığı 1 saat yarım davam edib.

AzPost.az