Hindistan Rusiyaya 850 milyon dollar avans ödəyib

06.11.2019 · 17:16 · Dünya

Hindistan S-400 “Triumf” zenit-raket kompleksləri üçün 850 milyon dollarlıq ilk avansı ödəyib və Rusiyadan onların çatdırılması qrafikini sürətləndirməsini istəyib.

Azərtac “The Economic Times” qəzetinə istinadla xəbər verir ki, 2018-ci ilin oktyabrında imzalanan S-400 komplekslərinin beş polk komplektinin çatdırılması üzrə sazişin ümumi dəyəri 5,43 milyard dollardır. Çatdırılma prosesinin sürətləndirilməsi Rusiya-Hindistan hökumətlərarası komissiyasının bu gün keçirilən iclasında müzakirə olunmalıdır.

Rusiya silahlarının alınması ilə bağlı iki dövlət arasında ödəniş mexanizmi qurulduqdan sonra Dehli ABŞ sanksiyalarından yayınmaq üçün çatdırılma qrafikini sürətləndirmək qərarına gəlib.

Nyu-Dehli və Moskva arasında silah sazişləri Hindistanı Cənubi Asiyadakı əsas tərəfdaşı hesab edən Vaşinqtonun tənqidinə hədəf olub. ABŞ S-400 zenit-raket kompleksləri üzrə əməkdaşlıqdan imtina etməyəcəyi təqdirdə Hindistanı sanksiyalarla hədələyib, Nyu-Dehli isə güzəştə getmək niyyətində olmadığını bildirib.

Uzaq məsafəli zenit-raket sistemi olan S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Hindistan Belarus, Çin və Türkiyədən sonra “Triumf” zenit-raket kompleksləri alan dördüncü ölkə olacaq.

Ərdoğan:

06.11.2019 · 16:34 · Dünya

İŞİD terror təşkilatının məhv edilmiş başçısı, terrorçu Əbu Bəkr əl-Bağdadinin arvadı saxlanılıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti əlavə edib ki, Ankara terrorizmə qarşı fəal mübarizəsini davam etdirir.

R.T.Ərdoğan qeyd edib ki, İŞİD ilk növbədə İslama real təhlükədir.

Qeyd edək ki, əl-Bağdadi ötən ay Suriyada zərərsizləşdirilib.

“Regiondakı münaqişələr, terrorizm və miqrasiya ümumi təhlükəsizliyimizə ciddi təhdiddir”

06.11.2019 · 16:15 · Dünya

Regiondakı münaqişələr, terrorizm və miqrasiya kimi məsələlər ümumi təhlükəsizliyimizə çox ciddi təhdiddir. Bunlar bizim tərəfdaşlarımızla daha sıx əməkdaşlıq və informasiya mübadiləsi aparmağımızı zəruri edir.

Azərtac xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Batumidə keçirilən XIII Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransında söyləyib.

Əməkdaşlığın əsas istiqamətlərindən birinin kibertəhlükəsizlik sahəsi olduğunu deyən Gürcüstan Prezidenti bildirib: “Bu gün kibertəhlükəsizlik dünyada əsas çağırışlardan birinə çevrilib. Ötən həftə Gürcüstanda 13 min internet saytına haker hücumları olub. O cümlədən Prezident Administrasiyasının internet səhifəsi kiberhücuma məruz qalıb. Bu, hamını narahat etməli olan çox ciddi problemdir və biz bu cür hücumlara qarşı birgə mübarizə aparmalıyıq”.

Britaniya Baş Naziri Kraliça ilə görüşdü

06.11.2019 · 15:25 · Dünya

Böyük Britaniyanın Baş Naziri Boris Conson parlamentin buraxılması üçün Kraliça II Yelizaveta ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Boris Conson “Twitter” səhifəsində bildirib.

O, rəsmi olaraq Britaniya parlamentinin buraxılmasına icazə istəmək üçün Bukingem Sarayına getdiyini yazıb.

Qeyd edək ki, parlamentin buraxıldığı rəsmi olaraq təsdiqləndikdən sonra dekabrdın 12-də keçiriləcək seçkilər üçün kampaniya başlayacaq.