Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılıb

06.11.2019 · 15:11 · Dünya

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Leonid Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılıb.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, lotun dəyərinin ilkin qiymətləndirilməsi 1,350 mln. rubldan (təxminən 20,7 min ABŞ dolları) 1,500 mln. rubladək (23,1 min dollar) təşkil edir.

Bütün nəqliyyat növlərini idarə etməyə icazə verən AAK № 000077 saylı sürücülük vəsiqəsi əla vəziyyətdədir. Bununla yanaşı, vəsiqəyə yol hərəkəti qaydalarının pozulmasına dair qeydlər olmayan AAI 670077 saylı xəbərdarlıq kuponu da əlavə edilib.

L.Brejnevə sənədlər 10 dekabr 1976-cı il tarixində Sovet İttifaqı liderinin 70 illik yubileyindən 9 gün öncə verilmişdi.

Özbəkistanın sərhəd qurumu:

06.11.2019 · 14:35 · Dünya

İŞİD terror təşkilatının 20 yaraqlısının Tacikistanın “İşkobad” sərhəd zastavasına hücumu ilə bağlı vəziyyət Özbəkistanda da diqqətlə araşdırılır.

Azərtac xəbər verir ki, bu barədə məlumat verən Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi hücumla bağlı tacikistanlı həmkarları ilə müntəzəm əlaqə saxladıqlarını bildirib.

Xatırladaq ki, ötən gecə Əfqanıstan ərazisindən Tacikistana hücum edən İŞİD terrorçularının 15-i öldürülüb, 5-i isə əsir götürülüb. Atışmada bir tacik sərhədçisi və bir milis nəfəri həlak olub. Hadisə yerində operativ istintaq qrupu yaradılıb və cinayətin səbəbləri araşdırılır.

Özbəkistan ilə Tacikistan arasındakı sərhəd xətti 1330 kilometrdir. Sərhəd xəttinin 20 faizi hələ də delimitasiya edilməyib.

“Malayziya Asiyada terrorçular üçün tranzit ölkə olaraq qalır”

06.11.2019 · 14:21 · Dünya

Malayziya Yaxın Şərq və Cənub-Şərqi Aşiya bölgəsində hərəkət edən terrorçular üçün tranzit ölkə olaraq qalır.

Azərtac xəbər verir ki, bu barədə noyabrın 6-da “The Straits Times” qəzeti Malayziya Polisi Antiterrorizm İdarəsi rəisinin müavini Ayub Xana istinadla məlumat yayıb.

A.Xan bildirib ki, bunun səbəbi Yaxın Şərq və Afrika ölkələrinə viza rejiminin tətbiq edilməməsi və ya sadələşdirilməsidir.

Rəis müavininin sözlərini sitat gətirən qəzet yazır: “2013-cü ildən Malayziyada 38 əcnəbi yaraqlı həbs olunub. Bunların bir qismi ölkədən deportasiya edilib, digər qismi isə müxtəlif müddətə həbs olunub”.

A.Xan bildirib ki, həmin dövrdə ölkədə müxtəlif ekstremist qruplar tərəfindən planlaşdırılan təqribən 25 terror aktı cəhdinin qarşısı alınıb.

Rusiyada bu proqramı yükləməyən smartfonların satışı qadağan olundu –

06.11.2019 · 12:21 · Dünya

Dövlət Duması Rusiya proqram təminatı yüklənməyən smartfon və kompüterlərin satışının qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.

Azərtac xəbər verir ki, 2020-ci il iyulun 1-dən smartfon, kompyuter, “smart-TV” funksiyası olan televizorlar və bir sıra digər qurğulara mütləq Rusiya proqram təminatı yüklənməlidir. Qanun layihəsinin müəlliflərinin fikrincə, bu, Rusiyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin inkişafına təkan verəcək.