Ağsuda faciə –

20.10.2019 · 21:54 · Sosial

Ağsu rayonunda intihar hadisəsi baş verib. 

Hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb.

Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? –

20.10.2019 · 20:55 · Sosial

Məlum olduğu kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib. Belə ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.

Azpost.info bildirir ki, Sfera.az Ukraynada yüksək vəzifəyə və etimada layiq görülmüş həmyerlimizlə bağlı araşdırma aparıb.

Məlum olub ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində doğulub. 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.

Eyni zamanda o da bəlli olub ki, Gündüz Məmmədov tanınmış vəzifəli şəxsin qardaşıdır. Belə ki, onun qardaşı Elçin Məmmədov “SOCAR Energy Ukraine” şirkətinin rəhbəridir. Elçin Məmmədovun digər qardaşı isə maliyyə naziri Samir Şərifovun müşaviri Adil Məmmədovdur.

9 ayda 5662 sərxoş sürücü saxlanılıb

20.10.2019 · 19:37 · Sosial

“2019-cu ilin 9 ayı ərzində 5662 sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi faktı  aşkarlanıb”.

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 333.1.maddəsinə görə, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

 

333.3. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

333.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

333.5. Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Azərbaycanlı “Romeo” rus sevgilisini yaraladı –

20.10.2019 · 18:50 · Sosial

Azərbaycanlı gənc Sankt-Peterburqda rusiyalı sevgilisini yaralayıb, onunla bir mənzildə kirayə qalan qızı öldürüb.

APA-nın “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, bıçaqla yaralanmış qızlar şəhərin Marşal Novikov küçəsində kirayə qaldıqları mənzildə aşkarlanıblar.

Qızlardan biri ölüb, digər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qızlara oktyabrın 19-da hücum edilib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş qızın anası deyib ki, 34 yaşlı Azərbaycan vətəndaşı qızının sevgilisi olub, onlar bir neçə ay əvvəl ayrılıblar. Hələ sevgili olduqları zaman gənc qızı döysə də, sonra barışıblar və həmin hadisədən sonra bir müddət görüşüblər.

Faktla bağıl araşdırma aparılır.