Bu dərmanlar qrip zamanı effektsiz və mənasızdır

20.10.2019 · 18:40 · Sosial
Rusiyanın məşhur “Jit zdorovo” televerilişinin müəllifi, kardioloq Yelena Malışeva qripə bənzər kəskin respirator xəstəliklər və zökəm zamanı təyinatı və qəbulu faydasız olan 5 kateqoriya dərmanları açıqlayıb.
Onun fikrincə vitamin C bu halda kömək etmir və orqanizmi xəstəlikdən qorumur. Eləcə də immunmodulyatorlar, virus əleyhinə dərmanların effektivliyi sübut olunmayıb.
Antibiotiklər, burun damcıları isə mikrob və bakteriya əleyhinədir. Virus infeksiyalarında mənasızdır. Burun tutulmasını sadəcə yumaqla həll etmək olar. (Medicina.az)

“26-lar” kafesinin sahibinin oğlu niyə bıçaqlanıb?

20.10.2019 · 18:28 · Sosial

Sökülən qalmaqallı “26-lar” kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş.

Musavat.com-un eksklüziv olaraq əldə etdiyi məlumata görə, “26-lar” kafesinin sahibi, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımov bıçarqlanıb. Uzun müddət ölkə gündəmini zəbt edən Əliyar Qasımovun adı bu dəfə ağır cinayətdə zərərçəkmiş keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Proses hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir.

Əldə etdiyimiz məlumata görə, iş üzrə zərərçəkmiş şəxs Əliyar Qasımov və dostudur.

Onların hər ikisi Tural Məmmədov tərəfindən bıçaqlanıb. Hadisəyə səbəb isə dost olan bu şəxslər arasında baş verən mübahisə olub. İlkin ehtimala görə isə mübahisəyə səbəb şəxslərdən birinin mobil telefonunda olan video görüntü olub. Hadisənin təfərrüatı barədə növbəti yazılarda daha ətraflı məlumat verəcəyik.

Həbs edilən Tural Məmmədov özünü qismən təqsirli bilir. Deyir ki, iki nəfəri bıçaqlaması özünü müdafiə məqsədi ilə olub.

Məhkəmə araşdırması davam edir.

Bıçaqlanan Əliyar Qasımov kimdir?

Əliyar Qasımov ilk olaraq ölkə gündəminə iki lüks maşınları ilə gəldi. Qoşa “Gelandevagen”li Əliyar Qasımov Bakı küçələrində şütüyərkən qısa müddətdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrildi.

Daha sonra isə Əliyar Qasımovun adı atası ilə birlikdə qalmaqallı “26-lar” kafesinin bağlanmasında hallandı.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə Qasımovların sahibi olduğu kafe böyük qalmaqaldan sonra bağlandı.

 

Bakıda feministlər qadın zorakılığına qarşı etiraz aksiyası keçirib-

20.10.2019 · 17:54 · Sosial

Bu gün saat 15.00 radələrində bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib.

APA-nın məlumatına görə aksiya iştirakçıları qadınlara qarşı  zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.

Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib.

İsveçdə pensiya yaşı artırılır

20.10.2019 · 15:40 · Sosial

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu, onunla bağlıdır ki, Krallıq vətəndaşları bir çox digər Avropa ölkələrinin vətəndaşlarından, orta hesabla, daha uzun ömür sürür və daha sağlamdırlar. Nəticədə hökumət pensiya müavinətinə daha çox maliyyə vəsaiti xərcləməyə məcburdur.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, 2020-ci ildən başlayaraq İsveç təbəəsinin pensiya ala biləcəyi ən erkən yaş artırılaraq 61 yaşdan 62 yaşa çatdırılır. 2023-cü ildə minimal yaş 63 yaşa çatdırılacaq. Bu tədbirlər pensiya sisteminin dayanıqlığını dəstəkləmək üçün görülür. Qanun layihəsi müəlliflərinin sözlərinə görə, gəliri az olan və heç vaxt heç yerdə işləməyən vətəndaşların zəmanətli pensiya almaları üçün ən erkən yaş 2023-cü ildən 65 yaşdan 66 yaşadək artırılacaq. Vurğulanır ki, parlamentin qərarı ən çox məhz bu demoqrafik qrupdan olan insanlara toxunacaq.

Qeyd edək ki, sosial təminatın işsizliyə, xəstəliyə, əlilliyə, qocalığa görə müavinətlər, ailə başçısının itirilməsi ilə bağlı pensiya, habelə mənzil müavinəti kimi əlaqədar sistemləri pensiya yaşı artdıqca yenidən nəzərdən keçiriləcək və dəyişdiriləcək.