AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin olunmayıb

10.12.2025 · 15:40 · Sosial

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi barədə məhkəməyə müraciət edilib.

APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

AzPost.az

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda dekabr pensiyaları ödənilib

10.12.2025 · 15:16 · Sosial
Pensiya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Bu barədə AzPost-a DSMF-dən bildirilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

AzPost.az

Yaxın vaxtlarda Ermənistanla sərhədinin daha bir hissəsi delimitasiya olunacaq

10.12.2025 · 13:16 · Sosial

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri bunu Alen Simonyan bildirib.

“Proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimitasiya edəcəyik”, – Simonyan qeyd edib.

O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb.

AzPost.az

İlin sonu iş yükü insanı tükəndirə bilər

10.12.2025 · 08:20 · Sosial
Yorğunluq

Yeni il ərəfəsində iş yerlərində yaranan gərginlik sağlamlıq üçün ciddi risk daşıya bilər. AzPost xəbər verir ki, psixoloq Dmitri Kudryaşov bildirib ki, ilin sonunda tapşırıqların çoxalması insanın diqqətini yalnız işlədiyi sahəyə yönəldir, nəticədə orqanizmin verdiyi siqnallar gözdən qaçırılır və bu da əsəb tükənməsinə gətirib çıxara bilər.

Ekspert qeyd edib ki, insanlar çox zaman yorğunluğun ilkin əlamətlərini görməzdən gəlir. “Bəzən kifayət qədər yüngül siqnalları hiss etsək belə, qısa fasilə verib bərpa ola biləcəyimiz halda bunu etməyi təxirə salırıq. Problemi isə yalnız artıq uçurumun kənarına gəlib çatanda anlayırıq. Bundan sonra bərpa prosesi aylar, hətta illər tələb edə bilər. Təəssüf ki, bu, çox yayılmış vəziyyətdir”, – deyə Kudryaşov bildirib.

Psixoloqun sözlərinə görə, güclü yorğunluq zamanı beynin özünü dərk etmə və dayanmaq barədə siqnal verən hissəsi “sönür”. Nəticədə insan avtomatik davranış ssenarilərinə qayıdır. “Kimin stres zamanı yeməyə yönəldiyini, kimin isə alkoqol kimi vərdişlərə sığındığını müşahidə edirik. Bu isə yükü daha da artırır və sağlamlığa ikiqat zərbə vurur”, – ekspert vurğulayıb.

Mütəxəssis yeni il hazırlıqları fonunda iş balansının qorunmasını, vaxtında istirahət etməyi və psixoloji bərpaya diqqət ayırmağı vacib hesab edir.

AzPost.az