Cavad Zərif Tehranda “Taliban” lideri ilə görüşüb

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranda “Taliban” hərəkatının lideri Molla Bəradər ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş zamanı Cavad Zərif bildirib ki, İran Əfqanıstandakı hökumət və təsiredici gücə malik digər siyasi qüvvələr arasında danışıqların aparılması və gücləndirilməsi üçün səy göstərməyə hazırdır.

İran XİN başçısı ölkəsinin Əfqanıstanla iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu da qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib –

Sonrakı məqalə

Nazirlik: